
44
“44” filmi Vətən sevgisi, qəhrəmanlıq, fədakarlıq və məhəbbəti özündə birləşdirən təsirli hərbi dramdır. Hadisələr bir kursantın baxış bucağından təqdim olunur və tamaşaçını Azərbaycan əsgərinin keçdiyi çətin, lakin qürurverici yola aparır. Filmin əsas qəhrəmanları xüsusi təyinatlı zabit Rəşad Xəlilov, türk həkim Zeynəb Özdemir və əməliyyat qrupuna rəhbərlik edən polkovnik Ramazan Kərimovdur. Onların həyatında baş verən hadisələr, qarşılaşdıqları çətinliklər və şəxsi münasibətləri gərgin döyüş səhnələri ilə paralel inkişaf edir.Bu ekran əsərində yalnız müharibənin ağır anları deyil, həm də insanı ayaqda saxlayan inam, cəsarət və Vətənə bağlılıq ön plana çəkilir. “44” filmi torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan igid oğullarımızın şücaətini, xalqımızın sarsılmaz birliyini və tarixi Qələbəyə aparan yolu əks etdirir. Bu, 44 günlük Vətən müharibəsində yazılan qəhrəmanlıq dastanına həsr olunmuş yaddaqalan bir ekran əsəridir.





Rəylər (0)
Rəy yazmaq üçün hesabınıza daxil olun.
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.