
Qırmızı Zona
Bakıda baş verən sirli radiasiya hadisəsi şəhərin müəyyən ərazisini ölümcül təhlükə mənbəyinə çevirir. Sovet İttifaqı zamanından qalma gizli yeraltı tədqiqat mərkəzindəki güclü partlayış nəticəsində ərazi nəzarətə götürülür və giriş-çıxış tamamilə məhdudlaşdırılır. Artıq buradan çıxış yolu yoxdur. Alimlər radiasiyanın yayılmasını dayandırmaq üçün mübarizə apararkən, cinayətkar qruplaşmalar yaranmış xaosdan istifadə edərək sirli maddənin qanunsuz ticarətinə başlayırlar. Azadlığa qovuşan Bahadır bütün riskləri gözə alaraq yenidən qadağan olunmuş əraziyə daxil olur. Onu burada keçmişin hesablaşmaları, intiqam hissi və kriminal dünyanın amansız qaydaları gözləyir. Digər tərəfdən, polis əməkdaşı İlyas baş verən hadisələrin arxasında dayanan şəxsləri üzə çıxarmaq üçün təhlükəli araşdırmaya başlayır. Həyatda qalmaq uğrunda mübarizə, gizli planlar və cinayət dünyasının amansızlığı eyni məkanda birləşir. Bu zonada təhlükə təkcə radiasiyadan gəlmir — ən böyük təhdid bəzən elə insanın öz daxilində gizlənir.





Rəylər (0)
Rəy yazmaq üçün hesabınıza daxil olun.
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.