No problem
No problem 12+
Azərbaycan, 2023, 34 dəq.
Görüntü keyfiyyəti:
FULL HD 1080p
Film
- Janr:Yerli fimlər, Komediya
- Aktyorlar: Elvina Atakişiyeva, Ülviyyə Xəlilbəyli, Elvin Atakişiyev, Murad İsmayıl
- Əlavə olundu:30.03.2026
Qısa təsvir
Dələduz bir ailə kirayə yaşadıqları evdən gecə ilə qovulurlar. Ailənin xanımı Səma təklif edir ki, arendaya götürdükləri ofisdə qalsınlar. Səhəri gün, Səma geyim mağazasında Sevgi adlı sinif yoldaşına rast gəlir. Sevgi, işlərini qurmaq üçün ofis axtardığını deyir Səma ona şərikli ofisin arendasını vermək şərti ilə bir ofisdə işləməyi təklif edir. Beləliklə, Sevgi yoldaşı Vurğun ilə Səmagilin ofisində yerləşir. Səma və yoldaşı Ceyhun makler işi və turizmlə məşqul olmaqlarına baxmayaraq, hər işə əl atıb dələduzluq edirlər. Səma, Sevgi ilə Vurğunun pandemiyaya görə toylarının olmadığını bilib onlara yaxşı bir toy eləməyi təklif edir. Vəkil işləyən Vurğun buna elə də razı olmasa da, Sevgi toy istəyir. Və təbiidir ki, Səma və Ceyhun dələduzluq etmək üçün bu fürsəti əldən vermirlər. Serial boyu dələduz ailə digər ailənin başına min bir oyun açıb onlardan istifadə edir. Vəkil işləyən Vurğun hər dəfə Ceyhunun dələduzluğunun üstünü acmaq istəyəndə Ceyhun söhbəti bir yolla fırladıb aradan çıxır.