Vağzalı
Vağzalı 12+
Azərbaycan, 2019, 1 saat 23 dəq.
Görüntü keyfiyyəti:
FULL HD 1080p
Film
- Janr:Romantik, Yerli fimlər, Komediya
- Rejissor: Şahin Qəhrəman
- Aktyorlar: Elcan Rəsulov, Nicat Rəhimov, İlkin Misgərli, Nərgiz Əliyeva , Elşən Hacıbabayev
- Əlavə olundu:11.09.2020
Qısa təsvir
Vağzalı filmində hadisələr iki məşhur olmaq istəyən Meyxanaçı – Ən Nağı və Babəkin başına gələn hadislər üzərində qurulub. Meyxanaçıların əsas məqsədi çox populyar olub bütün məşhurlar kimi sosial şəbəkələr vasitəsiylə hər şeyi reklam eliyib, pulsuz əldə etməkdir. Bir gün meyxanaçılara toy sifarişi gəldiyinə görə, ucqar rayonların birinə gedirlər.
Toyda deyişmə zamanı bir birilərinə atmacalı sözlər atıb, bir birini qıcıqlandırırlar. Bu sözlər də bir birilərinin xətrlərinə dəydikləri üçün aralarında narazıçılıq yaranır, ona görə də bir biriləylə dalaşırlar. Bunu görən ev yiyələri onları toyxanadan qovur. Meyxanaçılar Bakıya qayıdarkən maşınlarında bayaq toylarında meyxana dedikləri gəlini görürlər və aydın olur ki, gəlin Bakıda başqa oğlanı sevdiyinə görə toydan qaçıb. Bu hadisədən xəbər tutan bəy və qızın qardaşı kəndin adamlarıyla meyxanaçıların arxasınca düşür. Elə burdan da macəralarla dolu hadisələr başlayır.